Ucnoqta.az
www.ucnoqta.az

İsrailin Baş naziri məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb

13:43 - 27 Mart 2023 tarixində dərc olunub.

İsrailin Baş naziri Benyamin Netanyahu parlamentdə koalisiya liderinə məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu bildirib. İsrailin baş naziri Benyamin Netanyahu hazırkı hökumət parlament koalisiyasının rəhbərinə məhkəmə islahatlarının gedişatının dayandırıldığını elan etmək niyyətində olduğunu bildirib. Məlumata görə, baş nazir bu barədə Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bəyan edib.

Müəllif: Ucnoqta.az redaksiyası