Ucnoqta.az
www.ucnoqta.az

İsrail Prezidenti İsaak Hersoq İlham Əliyevi təbrik edib

20:54 - 26 Mart 2023 tarixində dərc olunub.

İsrail Prezidenti İsaak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

İsaak Hersoq bu barədə Twitter-də paylaşım edib. O bildirib ki, Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsinə görə Prezident İlham Əliyevi təbrik edir:

“Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir mərhələdə çox mühüm hadisədir”.

Müəllif: Ucnoqta.az redaksiyası