Ucnoqta.az
www.ucnoqta.az

Çilidə 5,9 bal gücündə zəlzələ baş verib

22:38 - 21 Mart 2023 tarixində dərc olunub.

Çilidə 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri San Antonio şəhərindən 20 km şərqdə yerləşib. Mənbə 44 km dərinlikdə qeydə alınıb. 
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası