Ucnoqta.az
www.ucnoqta.az

"Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz" - DİM sədri

13:49 - 17 Mart 2023 tarixində dərc olunub.

"Abituriyentlər qaydaları pozmasın"

Ucnoqta.az xəbər verir ki,  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib. 

“Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz. Qaydaları pozanda siz öz nəticələrinizə mənfi təsir göstərəcəksiniz. Kimdəsə əlavə vəsait aşkar etsək, cavab vərəqəsini kiməsə ötürübsə, onların nəticələri ləğv olunacaq. Kimsə kimdənsə köçürübsə, hətta imtahan zamanı bu fakt aşkarlanmayıbsa, sonradan statistik hesabatlar nəticəsində bu fakt məlum olur, onun da nəticəsi ləğv olunur. İmtahana gələrkən əlavə vasitələr gətirməyin", - DİM sədri deyib. 

Müəllif: Ucnoqta.az redaksiyası