Parisdə pensiya yaşının artırılmasına qarşı etiraz aksiyaları keçirilib
Ucnoqta.az xəbər verir ki, ötən gün ölkə hökuməti səsvermə olmadan pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı qanun qəbul edib. Bu isə narazılığa səbəb olub, küçələrdə mitinqlər başlayıb. İnsanlar baş nazirin istefasını tələb etdilər.
Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, 217 nəfər saxlanılıb.