Ucnoqta.az
www.ucnoqta.az

ABŞ PUA-nın qəzaya uğradığı yerə daha bir pilotsuz təyyarə göndərib

10:57 - 17 Mart 2023 tarixində dərc olunub.

ABŞ MQ-9 Reaper PUA-sı Qara dənizdə qəzaya uğradıqdan sonra ABŞ hadisə yerinə daha bir pilotsuz təyyarə göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
Pentaqon hadisənin təhqiqatı başa çatana qədər Qara dəniz üzərində pilotsuz təyyarələrin uçuşlarını tamamilə dayandırmaq niyyətində deyil.

İkinci pilotsuz uçan aparat fövqəladə vəziyyətin baş verdiyi əraziyə baxış keçirməli, həmçinin Rusiya hərbçilərini və onların PUA qalıqlarını dibdən çıxarmaq cəhdlərini izləməli idi.

Müəllif: Ucnoqta.az redaksiyası