Ucnoqta.az
www.ucnoqta.az

Generalın qardaşına yeni vəzifə verildi - FOTO

10:13 - 17 Mart 2023 tarixində dərc olunub.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalova yeni vəzifə verilib.

Ucnoqta.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O yaxın günlərdə işinin icrasına başlayacaq.

Qeyd edək ki, Fikrət Zeynalov bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru idi.///qaynarinfo

Müəllif: Ucnoqta.az redaksiyası