Ucnoqta.az
www.ucnoqta.az

Zelenski Rişi Sunakla danışıqlar aparıb

20:39 - 16 Mart 2023 tarixində dərc olunub.

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı keçirib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz Telegram kanalında məlumat verib. O, xüsusilə müharibə zonasında və Baxmutda vəziyyətlə bağlı danışıb.

“Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə yaxşı söhbət. Mən cəbhədəki vəziyyət, Baxmutun müdafiəsi barədə məlumat verdim”, - deyə Zelenski yazıb.

Həmsöhbətlər son beynəlxalq hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar. Zelenski qeyd edib ki, “həmişə olduğu kimi” Ukrayna müdafiə və iqtisadi dəstəyi gücləndirməkdə konkret nəticələrə malikdir və “sarsılmaz mövqeyinə” görə Böyük Britaniyaya təşəkkür edib.

Müəllif: Ucnoqta.az redaksiyası