Ucnoqta.az
www.ucnoqta.az

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

20:20 - 16 Mart 2023 tarixində dərc olunub.

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin saytında bildirilib Məlumata görə, paketə 5000 155 mm-lik patron, 155 mm dəqiqliklə idarə olunan döyüş sursatları, MARS II MLRS sursatları, iki forklift, 25 generator, 500 SFP9 tapançası, iki anqar çadırı daxildir.

Növbəti hərbi yardım paketlərində Almaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemi üçün daha 5330 155 mm çaplı mərmi və raket ötürməyi planlaşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası