Ucnoqta.az
www.ucnoqta.az

Qara dənizə düşən ABŞ-a məxsus PUA aşkar edilib

19:33 - 16 Mart 2023 tarixində dərc olunub.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin mütəxəssisləri martın 14-də hadisə baş verən gün Qara dənizdə düşmüş Amerika pilotsuz uçuş aparatını (PUA) MQ-9 Reaper tapıblar.

Ucnoqta.az xəbər verri ki, bu barədə ForPost idarəyə yaxın və baş verənlərin təfərrüatları ilə tanış olan mənbəyə istinadən məlumat verir.

Onun sözlərinə görə, PUA Sevastopoldan 60 km aralıda aşkar edilib, bu, sualtı robotun köməyi ilə edilib. Pilotsuz təyyarə “Cənub axını” qaz kəmərinin dərin su qolundan bir qədər aralıda, təxminən 850-900 metr dərinlikdə tapılıb.

Nəşrin həmsöhbəti vurğulayıb ki, hazırda "MQ-9 Reaper"in qəzaya uğradığı yerin yaxınlığında Rusiya hərbi gəmisi növbətçilik edir və insident zonasının perimetri mühafizə olunur. Ekspertlər PUA-nın dənizin dibindən qaldırılması üçün gələcək fəaliyyətləri müzakirə edirlər.

Emin

Müəllif: Ucnoqta.az redaksiyası