Ucnoqta.az
www.ucnoqta.az

Emin Ağalarov konsertini təxirə saldı

15:28 - 16 Mart 2023 tarixində dərc olunub.

Emin Ağalarov Xabarovskdakı konsertini təxirə salıb

Ucnoqta.az xəbər verir ki, bu barədə müğənni Emin Ağalarov sosial şəbəkə hesabında Xabarovskda keçiriləcək konsertin təxirə salındığını açıqlayıb.

Tədbir martın 16-da Rusiya şəhərlərinə qastrol səfəri çərçivəsində baş tutmalı idi, lakin tarixi dəyişdirilib.

Ağalarov bunu hava şəraiti ilə əlaqədar vaxtında gələ bilməməsi ilə izah edib. Martın 15-nə olan uçuşlar təxirə salınıb. Sənətçi qeyd edib ki, bütün biletlər etibarlıdır. Konsert martın 19-da Şəhər Mədəniyyət Sarayında baş tutacaq.

"Təəssüf ki, belə bir fors-major, mən bu barədə heç nə edə bilmədim" - ifaçı deyib.

Müəllif: Ucnoqta.az redaksiyası