İraqın qərbində hərbçilərin olduğu Amerika hərbi helikopteri qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının qərargahı məlumat yayıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Bildirilib ki, bu, “Black Hawk” hücum helikopterinin müşayiəti ilə İraqın qərbindəki Ayn əl-Əsəd aviabazasından havaya qalxan “Chinook” nəqliyyat helikopteridir.
Qəza yerində ölən 6 hərbçinin cəsədinin tapıldığını, təyyarədə olan yeddinci şəxsin - qadın hərbçinin axtarışlarının hələ də davam etdiyini bildirib.
Qeyd olunur ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, bundan sonra yanğın başlayıb və nəticədə göyərtəsindəki döyüş sursatı partlayıb. Xəbərdə vurulan helikopterin beynəlxalq koalisiyaya məxsus olduğu və Əl Qaim bölgəsində İraq qüvvələrinə dəstək verdiyi bildirilib.