Ucnoqta.az
www.ucnoqta.az

AMEA-nın institutlarında bu vəzifələr ləğv edilib

13:41 - 16 Mart 2023 tarixində dərc olunub.

AMEA-nın institutlarında baş direktor və icraçı direktor vəzifəsi ləğv edilib.

APA xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Ümumi yığıncaqda deyib.

O bildirib ki, direktorların seçki müddəti başa çatdıqdan sonra yeni rəhbər baş direktor və icraçı direktor kimi deyil, direktor kimi seçiləcək.

Həmçinin AMEA-nın bölməsinin hansı prosesdən keçərək yaradılmasına dair Nizamnaməyə müddəa əlavə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası