Ucnoqta.az
www.ucnoqta.az

Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub

09:58 - 16 Mart 2023 tarixində dərc olunub.

Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.

Hadisə martın 16-da paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Qaydamakin Oleq Viktoroviç baş vermiş yanğın nəticəsində yanaraq ölüb.

Fakt üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılır.///report

Müəllif: Ucnoqta.az redaksiyası