Ucnoqta.az
www.ucnoqta.az

Vüqar Qurbanovdan vəfat edən direktorun yerinə TƏYİNAT

09:37 - 16 Mart 2023 tarixində dərc olunub.

Suraxanı Tibb Mərkəzinə yeni direktor təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Aybəniz Sanıyeva Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Suraxanı Tibb Mərkəzinin sabiq direktoru Azər Məmmədov fevral ayının 12-də dünyasını dəyişib.

Müəllif: Ucnoqta.az redaksiyası