Ucnoqta.az
www.ucnoqta.az

Hacı Şahinin yaxınları məlumat yaydı

00:09 - 16 Mart 2023 tarixində dərc olunub.

"Bu həftə Məşədi Dadaş məscidində cümə namazını mərhum Hacı Şahin Həsənlinin digər dəyərli tələbəsi Kərbəlayi Elmir Vəliyev qılacaq".

Ucnoqta.az xəbər verir ki, bu barədə mərhum Hacı Şahin Həsənliyə məxsus "Facebook" sosial şəbəkəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, məsciddə gündəlik namazları da o qılacaq.

Xatırladaq ki, bundan əvvəl Məşədi Dadaş məscidində Hacı Şahini gənc din xadimi Elbrus Kərimovun əvəz edəcəyi haqda məlumat yayılmışdı.

Müəllif: Ucnoqta.az redaksiyası