Ucnoqta.az
www.ucnoqta.az

Prezident İlham Əliyev Türkiyəyə gedib - FOTO

20:18 - 15 Mart 2023 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi rəsmi şəxslər qarşıladılar.

Müəllif: Ucnoqta.az redaksiyası