Ucnoqta.az
www.ucnoqta.az

Nazir sabiq polis rəisinin oğlunu vəzifəyə  TƏYİN ETDİ - FOTO

15:25 - 14 Mart 2023 tarixində dərc olunub.

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi Cavid İsmayılov vəzifəsindən azad edilərək Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, Cavid İsmayılov Binəqədi Rayon Polis İdarəsinin sabiq rəisi, polis polkovniki Namiq İsmayılovun oğludur.///unikal

Müəllif: Ucnoqta.az redaksiyası