Ucnoqta.az
www.ucnoqta.az

Bakı dairəvi yolundakı qəzanın GÖRÜNTÜLƏRİ

14:46 - 14 Mart 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də "KİA" markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun idarə etdiyi avtomobil ağır yol-nəqliyyat hadisəsi törədib.

Ucnoqta.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova isə ölüb.

Müəllif: Ucnoqta.az redaksiyası