Ucnoqta.az
www.ucnoqta.az

Polis aksiya iştirakçılarına atəş açıb? - RƏSMİ AÇIQLAMA

17:46 - 13 Mart 2023 tarixində dərc olunub.

Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir. 

Bunu  DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib. 

O, plisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib: “Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.

Müəllif: Ucnoqta.az redaksiyası