Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə zəlzələlər davam edir

18:31 - 12 Mart 2023 tarixində dərc olunub.

Bazar günü Türkiyənin cənub-şərq hissəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Adananın Saimbeyli mahalı olub.

Mənbə 7.7 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası