İrəvanın vitse-meri Gevorq Simonyan 2 ay müddətinə həbs edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə SputnikARM-ə Ermənistan İstintaq Komitəsindən bildirilib.
Qeyd edək ki, daha əvvəl Simonyanda axtarış aparılıb, sonra isə saxlanılıb.
İlkin araşdırmaya görə, paytaxtın vitse-meri səhiyyə nazirinin müavini (2020-2022-ci illər) vəzifəsində çalışarkən dövlətin qanuni mənafelərinə xeyli miqdarda ziyan vurub.