Ucnoqta.az
www.ucnoqta.az

Ordubadda mənzillərdən oğurluq edən şəxs saxlanılıb - FOTO

11:57 - 12 Mart 2023 tarixində dərc olunub.

Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları Gənzə kəndindən mənzillərdən birindən qızıl-zinət əşyaları və pul vəsaiti oğurlayan şəxsi müəyyənləşdirərək saxlayıb.

Ucnoqta.az xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyevin barəsində Azəbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3- cü maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası