Ucnoqta.az
www.ucnoqta.az

Təbrizdə güclü partlayış olub, ölənlər və yaralananlar var

10:16 - 12 Mart 2023 tarixində dərc olunub.

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.

"Report" "Mehr"ə istinadən xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası