Türkiyədə zəlzələlər nəticəsində 48 minə yaxın insan həyatını itirib.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib.
O, bildirib ki, zəlzələ qurbanlarının ümumi sayı 47 975 nəfərdir. Bunlardan 6 278-i əcnəbilər, əksəriyyəti Suriya vətəndaşlarıdır.
Fəlakət bölgələrində 3000-dən çox xilasedici mütəxəssis qalıb və işlərini davam etdirir. Bölgədə təkrarlanan yeraltı təkanlar hələ də davam edir. Digər ölkələrdən olan daha 300-ə yaxın xilasedici də orada qalıb", - Sezer bildirib.