Ucnoqta.az
www.ucnoqta.az

Kürəkən qayınana, qayınata və qaynını bıçaqladı - Yevlaxda

18:33 - 11 Mart 2023 tarixində dərc olunub.

Yevlax rayonunda üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, xəsarət alan şəxslərin bir ailənin üzvü olduqları bildirilir.

Məlumata görə, hadisə ailənin kürəkəni tərəfindən törədilib.

Yaralılardan birinin vəziyyəti ağır, ikisinin durumu stabildir.

APA-nın əldə etdiyi məlumata görə, bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası