Ucnoqta.az
www.ucnoqta.az

Norveç ABŞ-la əməkdaşlıq edərək Ukraynaya NASAMS sistemləri verir

22:45 - 10 Mart 2023 tarixində dərc olunub.

Norveç ABŞ-la əməkdaşlıq edərək NASAMS hava hücumundan müdafiə sisteminin daha iki tam təchiz olunmuş taqımını Ukraynaya təhvil verir.

Ucnoqta.az xəbər verir ki, tağımda 3-4 buraxılış qurğusu var ki, onların hər birində altı AMRAAM raketi, radiolokasiya stansiyası, atəşə nəzarət məntəqəsi və elektro-optik kameraya malik avadanlıq var.

Onlar keçən ilin payızında Birləşmiş Ştatlar tərəfindən verilən iki tağıma əlavə olaraq verilir. 

“ABŞ ilə əməkdaşlıq” o deməkdir ki, Norveç buraxılış qurğularını, ABŞ isə radarları təmin edir.

Müəllif: Ucnoqta.az redaksiyası