Ucnoqta.az
www.ucnoqta.az

Tikiş fabrikinin əməkdaşı iş yerində öldü

17:02 - 10 Mart 2023 tarixində dərc olunub.

Bakıda tikiş fabrikinin əməkdaşı iş yerində vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən və “Xətai Tikiş-2” ASC-yə məxsus fabrikdə baş verib. Orada çalışan Ağsu rayon sakini Lətif Ağayev iş başında olarkən halı pisləşib və dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası