Ucnoqta.az
www.ucnoqta.az

BDU-nun 12 fakültəsi üzrə 16 nəfər professor vəzifəsinə təsdiqlənib

15:00 - 10 Mart 2023 tarixində dərc olunub.

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası olub.

Bu barədə Ucnoqta.az-a BDU-dan məlumat verilib.

Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib.

Seçkinin nəticələrinə əsasən, BDU-nun 12 fakültəsi üzrə 16 nəfər professor vəzifəsinə təsdiqlənib.

Daha sonra cari məsələlərə baxılıb.

Müəllif: Ucnoqta.az redaksiyası