Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Almaniyaya başsağlığı verib

13:14 - 10 Mart 2023 tarixində dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş atışmaya görə Almaniyaya başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.

XİN atışmada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

“Yaralananların tezliklə sağalmasını diləyirik”, - qeyd olunub.

Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində Yehova şahidləri dini icmasının yerli mərkəzində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası