Ucnoqta.az
www.ucnoqta.az

Bu rayonun polis rəisi işdən çıxarıldı

12:03 - 10 Mart 2023 tarixində dərc olunub.

Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub. 

Ucnoqta.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Müəllif: Ucnoqta.az redaksiyası