Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda İran vətəndaşı həbs olunub

11:44 - 10 Mart 2023 tarixində dərc olunub.

Ermənistanda xaricə 10 kq metamfetamin keçirmək istəyən İran vətəndaşı həbs edilib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, 2022-ci ilin sentyabr ayında İran İslam Respublikasının vətəndaşı xarici ölkələrə çatdırmaq məqsədi ilə 10 kq-a yaxın metamfetamin tipli narkotik vasitəni qeyri-qanuni yolla əldə edib Ermənistan ərazisində saxlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, o, 2 kq-a yaxın narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Avstriyaya keçirib, daha sonra həmin məbləği Avstraliyaya göndərməyə cəhd göstərib. Narkotik vasitə Qaçaqmalçılıqla Mübarizə üzrə Dövlət İdarəsi tərəfindən, İran vətəndaşının müvəqqəti yaşadığı oteldə isə 3 kq-a yaxın metamfetamin aşkar edilib.

Müəllif: Ucnoqta.az redaksiyası