Ucnoqta.az
www.ucnoqta.az

Tarixin ən zəngin idmançılarının adı açıqlanıb - Siyahı

00:30 - 10 Mart 2023 tarixində dərc olunub.

Basketbolçu Maykl Cordan tarixin ən zəngin idmançısı seçilib

Ucnoqta.az xəbər verir ki, Sports jurnalı tarixin ən zəngin idmançılarının siyahısını açıqlayıb. 

Reytinqin lideri karyerası ərzində 3,3 milyard dollar qazanan amerikalı basketbolçu Maykl Cordan olub. Qolfçular Tayqer Vuds (2,5 milyard), Arnold Palmer (1,7 milyard), Cek Niklaus (1,63 milyard) ikinci-dördüncü yerləri tutublar.

Beşinci yerdə 1,58 milyard dollarla portuqaliyalı futbolçu Kriştiano Ronaldo qərarlaşıb.
Altıncı yerdə basketbolçu LeBron Ceyms qərarlaşıb - 1,53 milyard.
Yeddinci yerdə argentinalı futbolçu Lionel Messi (1,48), səkkizinci yerdə amerikalı boksçu Floyd Meyvezer (1,41), doqquzuncu yerdə isveçrəli tennisçi Rocer Federer (1,38), onuncu yerdə amerikalı qolfçu Fil Mikelson (1,41) qərarlaşıb.

Məbləğlərə əmək haqqı, bonuslar, pul mükafatları, naşir sövdələşmələri və qonorar daxildir. Həmçinin sponsor şirkətlərdə iştirakdan əldə edilən pul vəsaitləri də daxildir. Bütün gəlirlər vergidən əvvəldir.

Müəllif: Ucnoqta.az redaksiyası