Ucnoqta.az
www.ucnoqta.az

Metroda işıqlar söndürüldü - təlim-məşq oyunu keçirilir

23:05 - 9 Mart 2023 tarixində dərc olunub.

Hazırda Bakı metropoliteninin Bənövşəyi xəttində qəza təlim-məşq oyunu keçirilir. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. 
Onun sözlərinə görə, tematik məşq elektrik enerjisinin verilməsinin tam məhdudlaşdırılması şəraitində Bənövşəyi xəttin stansiyaları və "Xocəsən" elektrik deposunda qatarların hərəkəti, eskalatorların, eləcə də, digər mühəndis-texniki qurğu və avadanlıqların dizel-generatorlar vasitəsilə fəaliyyətinin yoxlanılmasıdır.

Bu təlim Bakıda enerji olmadığı zaman metronun fəaliyyətinin dayanmamasına hesablanıb.

Müəllif: Ucnoqta.az redaksiyası