Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvan Baş Gömrük idarəsinə rəis təyin edilib - FOTO

21:36 - 9 Mart 2023 tarixində dərc olunub.

Vüqar İsmayıl oğlu Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təsdiqlənib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 9-da sərəncam imzalayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi gömrük xidməti polkovniki Vüqar Əliyev daha öncə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra edirdi.

Müəllif: Ucnoqta.az redaksiyası