Ucnoqta.az
www.ucnoqta.az

Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı - Kövrək ANLAR - VİDEO

18:06 - 9 Mart 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi FHN-nin zəlzələ ilə bağlı Türkiyəyə ezam olunmuş növbəti heyəti Bakıya dönüb.

Türkiyədən dönən heyəti qardaş Türkiyənin ölkəmizdəki səfiri Cahit Baxçı qarşılayıb. O heyətin rəhbəri Fövqəladə Hallan nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə təyyarədən enərkən görüşüb və ona təşəkkür edib. Bu zaman əlində Türkiyə bayrağı ilə təyyarədən enən FHN-nin bir əməkdaşını səfir qolundan tutaraq özünə çəkib və qucaqlayıb. Kövrək anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Ucnoqta.az Manset.az-a istinadən həmin şəxsin kimliyi ilə bağlı araşdırma edib. Məlum olub ki, o FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Tural Rzayevdir. Tural Rzayev Türkiyədəki dəhşətli zəlzələdən sonra yaranan dağıntılar altından insanların çıxarılması zamanı xüsusi qəhrəmanlıqlar göstərib.

 

 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Manset.az (@manset.az)

Müəllif: Ucnoqta.az redaksiyası