Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda minik maşını avtobusa çırpılıb -  Foto

14:48 - 9 Mart 2023 tarixində dərc olunub.

Sumqayıtda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

"Mercedes" markalı, 90-SH-671 dövlət nömrə nişanlı avtomobil 30 nömrəli xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

“Mercedes”də olan 1998-ci il təvəllüdlü sərnişin Bolşakova Milyana Aleksandrovna yüngül xəsarət alıb.

Müəllif: Ucnoqta.az redaksiyası