Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan nefti ucuzlaşıb

10:52 - 9 Mart 2023 tarixində dərc olunub.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,74 ABŞ dolları, yaxud 2,02 % azalaraq 84,73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Müəllif: Ucnoqta.az redaksiyası