Ucnoqta.az
www.ucnoqta.az

Ukraynanın məğlubiyyəti Amerika qanının tökülməsinə səbəb ola bilər - Ağ Ev

09:11 - 8 Mart 2023 tarixində dərc olunub.

Ukraynanın məğlubiyyəti Amerika qanının tökülməsinə səbəb ola bilər

Ucnoqta.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.Con Kirbi jurnalistlərə ABŞ-ın Rusiya ilə müharibədə Ukraynaya niyə bu qədər fəal dəstək verməli olduğunu izah edib. 3 əsas səbəb arasında - müttəfiqlər öz hərəkətsizliyi ilə onun Ukraynanı ələ keçirməsinə imkan versələr, Putin dayanmayacaq.

"Onun növbəti hədəfi nə olacaq? Bu, nə qədər pul və qan, xüsusən də Amerika qanı ilə nəticələnəcək?" – deyə o, sual edib.

Müəllif: Ucnoqta.az redaksiyası