Ucnoqta.az
www.ucnoqta.az

"Hakimiyyət Ermənistanı “xilas etmək” üçün Qarabağı qurban vermək istəyir" - Sarkisyan

21:52 - 7 Mart 2023 tarixində dərc olunub.

"Ermənistan hakimiyyəti səhvən hesab edir ki, Dağlıq Qarabağı qurban verməklə Ermənistanı xilas edəcəklər".

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə keçmiş prezident Serj Sarkisyan deyib.
O, Ermənistan rəhbərliyinin Azərbaycanla apardığı danışıqları “dişsiz” adlandırıb.

Sarkisyan qeyd edib ki, bir çox həmvətənləri kimi o da hakimiyyətin siyasətinə görə özünü alçaldılmış hiss edir:
"Ermənistan hakimiyyətinin nə haqda danışıqlar apardığını bilmirəm, yüz faiz deyə bilmərəm. Bu hakimiyyətlər hər gün öz baxışlarını dəyişirlər... Amma bir şey dəqiqdir: biz bu faktdan razı deyilik. Daimi güzəştə gedirlər və hamımızdan çoxumuzu aşağılayırlar. Biz belə dişsiz danışıqlara görə özümüzü alçaldılmış hesab edirik”.

Eks-prezidentin sözlərinə görə, jurnalistlərin özləri hər gün Qarabağda və Ermənistanda, onun sərhədləri boyu yaranmış acınacaqlı vəziyyəti görürlər.
Sarkisyan prezidentliyi dövründə aparılan danışıqlara toxunaraq, problemi qırmızı xətləri keçmədən həll etməyə hazır olduğunu bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası