Ucnoqta.az
www.ucnoqta.az

Yel çərşənbəsində 20 min ağac əkildi - FOTO

18:05 - 7 Mart 2023 tarixində dərc olunub.

Novruz bayramının əlamətdar günlərindən olan Yel çərşənbəsində Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Bərdə, Tovuz, Şəmkir və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.

Bu barədə Ucnoqta.az-a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

"Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 20 000 müxtəlif növ ağac tingi əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi", - o qeyd edib ki,

Müəllif: Ucnoqta.az redaksiyası