Ucnoqta.az
www.ucnoqta.az

Bir qrup yeniyetmə gecə saatlarında paytaxtı bir-birinə qatdılar - FOTO/VİDEO

13:51 - 7 Mart 2023 tarixində dərc olunub.

Bakıda dünən gecə saatlarında bir qrup yeniyetmə yol kənarına yerləşdirilən bollardlara ziyan vurub.

Xuliqanlıq haqqında baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Yerli sakinlər bildirib ki, Nəsimi rayonu, Əlövsət Quliyev 92-96 küçələrində 60-dan çox bollardın qapaqları yeniyetmələr tərəfindən qopardılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev baku.ws-ə bildirib ki, videogörüntü ilə bağlı araşdırmalara başlanılıb: “Şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür”.///oxu.az

Müəllif: Ucnoqta.az redaksiyası