Ucnoqta.az
www.ucnoqta.az

Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib

13:45 - 7 Mart 2023 tarixində dərc olunub.

Milli Məclis 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

Ucnoqta.az xəbər verir ki, parlamentin martın 7-də keçirilən bugünkü plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.

Deputatlar sədrin təklifini dəstəkləyiblər.

Müəllif: Ucnoqta.az redaksiyası