Ucnoqta.az
www.ucnoqta.az

Xocəsən-Sədərək yolunda avtobusun yanma səbəbi məlum oldu

10:06 - 7 Mart 2023 tarixində dərc olunub.

“Bakıda yanan sərnişin avtobusunda ölüm və xəsarət qeydə alınmayıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

“Avtobus qısaqapanma nəticəsində yanıb. Baş verən yanğın söndürülüb. Hazırda idarə əməkdaşları ərazidədirlər və araşdırma aparılır”, - deyə idarədən qeyd edilib.

Müəllif: Ucnoqta.az redaksiyası