Ucnoqta.az
www.ucnoqta.az

Lotereyada 1 milyon uddu - bileti itirdi

11:10 - 6 Mart 2023 tarixində dərc olunub.

Avstraliyanın Yeni Cənubi Uelsin Dubbo şəhərinin sakini bir milyon Avstraliya dolları qazanan lotereya biletini uduzub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Avstraliyalı qeyd edib ki, o, bir neçə ildir ki, müntəzəm olaraq lotereya oynayır və bütün bu müddət ərzində maksimum min dollar udub. Növbəti tiraj üçün bilet aldıqdan sonra dörd cekpotdan birininin qazandığını öyrənib.

Lakin kişi qalibiyyətdən xəbər tutandan az sonra anlayıb ki, o xoşbəxt bileti heç yerdə tapa bilməyəcək. Bütün ailə biletin axtarışına qoşulub. Uzun axtarışlardan sonra bilet avstraliyalının cüszdanında tapılıb. 

O, mükafatı uşaqlarla bölüşəcəyini və sevgilisi ilə səyahətə çıxacağını vurğulayıb. 

Müəllif: Ucnoqta.az redaksiyası