Ucnoqta.az
www.ucnoqta.az

Dünən şəhid olan hərbçimiz Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir

11:00 - 6 Mart 2023 tarixində dərc olunub.

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir.

Vida mərasimi Yasamal rayonunda keçirilir.

Vida mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edir.

Mərasimdən sonra 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu ilə ikinci Şəhidlər xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.///Apa

Müəllif: Ucnoqta.az redaksiyası