Ucnoqta.az
www.ucnoqta.az

Erməni təxribatının qarşısını alarkən iki hərbçimiz şəhid olub

20:32 - 5 Mart 2023 tarixində dərc olunub.

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Allah rəhmət eləsin!

Müəllif: Ucnoqta.az redaksiyası