Ucnoqta.az
www.ucnoqta.az

"Torqovı" polisin əməliyyatı zamanı ... - VİDEO

22:48 - 4 Mart 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Bravo”dakı silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

Ucnoqta.az xəbər verir ki, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə R.İsmayılov polis tərəfindən məhv edilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, polis əməkdaşlarının keçirdiyi əməliyat zamanı insanlar ərazidən uzaqlaşmağa çalışır.

Həmin görüntüləri təqdim edirik:

Müəllif: Ucnoqta.az redaksiyası