Ucnoqta.az
www.ucnoqta.az

Hipermarketə hücum zamanı yaralanan şəxslə bağlı açıqlama

20:16 - 4 Mart 2023 tarixində dərc olunub.

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

Müəllif: Ucnoqta.az redaksiyası