Ucnoqta.az
www.ucnoqta.az

Umayra Tağıyeva nazir müavini təyin edilib - SƏRƏNCAM

16:25 - 4 Mart 2023 tarixində dərc olunub.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Müəllif: Ucnoqta.az redaksiyası